İçkili halda qəza törədən futbolçu klubdan göndərilib

İçkili halda qəza törədən futbolçu klubdan göndərilib Futbolçu ötən həftə Splittə qəza törədib
Futbol
22 Avqust , 2016 16:06
İçkili halda qəza törədən futbolçu klubdan göndərilib

Bakı. 22 avqust. REPORT.AZ/ Xorvadiyanın "Hayduk" (Split) klubu yarımmüdafiəçi Artyom Radçenko ilə yollarını ayırıb. "Report"un məlumatına görə, bu barədə klub saytının yaydığı açıqlamada bildirilib.

Futbolçu ölkə çempionatının VI turunda "Riyeka"ya 2:4 hesabı ilə uduzduqları oyunda iştirak etməyib. 21 yaşlı ukraynalı futbolçu ötən həftə içkili vəziyyətdə Splitdə qəza törədib və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Radçenko bu ilin qış transfer pəncərəsində "Hayduk"la anlaşıb. Buna qədər futbolçu Ukraynanın "Metallist" və "Qoverla" klublarında çıxış edib. Əvvəllər Split komandasında hazırda "Neftçi"də çıxış edən hücumçu Ruslan Qurbanov da forma geyinib. 

Son xəbərlər

Orphus sistemi