​İbrahimoviçin cəzası azaldılıb

​İbrahimoviçin cəzası azaldılıb O, hakimi təhqir etdiyi üçün cəzalandırılıb
Futbol
18 Aprel , 2015 10:30
​İbrahimoviçin cəzası azaldılıb

Bakı. 18 aprel. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviçin cəzası azaldılıb. "Report"un məlumatına görə, isveçli futbolçunun meydana çıxmama qadağası 4 oyundan 3-ə endirilib.

Bu barədə Fransa Peşəkar Futbol Liqası açıqlama yayıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç Fransa 1-ci Liqasında keçirilən "Bordo" ilə matçdan sonra hakimin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 4 oyunluq cəzalandırılmışdı.

Son xəbərlər

Orphus sistemi