Yuxarı

​İbrahimoviç növbəti on gündə "Mançester Yunayted"lə müqavilə imzalayacaq

İsveçli forvard ilə müqavilənin iyunun 13-dək bağlanması nəzərdə tutulub

Bakı. 4 iyun. REPORT.AZ/ İsveçli hücumçu Zlatan İbrahimoviç İngiltərənin "Mançester Yunayted" klubu ilə Fransada keçiriləcək Avropa çempionatı – 2016-nın başlanmasınadək müqavilə imzalayacaq.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, forvard ilə müqavilənin iyunun 13-dək imzalanması nəzərdə tutulub.

Həmin gün İsveç yığması Avropa çempionatında İrlandiya komandası ilə ilk oyununu keçirəcək.

İbrahimoviç bundan öncə cari mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcəyini demişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi