İbrahimoviç "Mançester Yunayted" üçün yeni rekord müəyyənləşdirib

İbrahimoviç "Mançester Yunayted" üçün yeni rekord müəyyənləşdirib Onun xatırlandığı dörd post klubun sosial şəbəkədəki səhifəsində ilk "6-lığ"a düşüb
Futbol
14 İyul , 2016 13:46
İbrahimoviç Mançester Yunayted üçün yeni rekord müəyyənləşdirib
Zlatan İbrahimoviç

Bakı. 14 iyul. REPORT.AZ/ İngiltərə "Mançester Yunayted"inin yeni transferi Zlatan İbrahimoviç klub rekordu müəyyənləşdirib. "Report"un "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, isveçli futbolçunun keçidi barədə xəbər "İnstagram"da 500 min bəyənmə toplayıb.

Bu isə klubun tarixində ən məşhur olaya çevrilib. Üstəlik, İbrahimoviçin xatırlandığı dörd post klubun sosial şəbəkədəki səhifəsində ilk "6-lığ"a düşüb.

Qeyd edək ki, daha öncə Zlatan İbrahimoviç tibbi testlərin aparılması zamanı klubun güc rekordunu qırıb. Beləliklə, təcrübəli hücumçu komandada heç bir rəsmi matç keçirmədən "Mançester Yunayted"in birdən-birə iki rekordunu müəyyənləşdirib. 

Son xəbərlər

Orphus sistemi