Zlatan İbrahimoviç məhkəmədə İsveç yığmasının məşqçisinə qalib gəlib

Zlatan İbrahimoviç məhkəmədə İsveç yığmasının məşqçisinə qalib gəlib Mütəxəssis oyunçuya 2650 dollar ödəməlidir
Futbol
9 Yanvar , 2017 17:52
Zlatan İbrahimoviç məhkəmədə İsveç yığmasının məşqçisinə qalib gəlib

Bakı. 9 yanvar. REPORT.AZ/ İsveçin Vermland dairə məhkəməsi ölkənin atletika yığmasının sabiq məşqçisi Ulf Karlssonu İngiltərə "Mançester Yunayted"inin futbolçusu Zlatan İbrahimoviçə böhtan atmaqda günahkar sayıb. 

"Report"un məlumatına görə, mütəxəssis oyunçuya 24 min İsveç kronu (2650 dollar) ödəməlidir.

Məhkəmə belə qənaətə gəlib ki, U.Karlsson Z.İbrahimoviçi dopinqdən istifadədə birbaşa ittiham etməyib. Lakin onun müəyyən kontekstdə açıqlamaları böhtan sayıla bilər.

Qeyd edək ki, aprelin 7-də Ulf Karlsson 35 yaşlı hücumçunun İtaliya "Yuventus"unda çıxış etdiyi vaxt (2004 - 2006) qısa müddətdə əzələ kütləsini 10 kq artırdığını açıqlayıb. Bu isə Karlssonun fikrincə, qadağan olunmuş preparatlarsız mümkün deyil. İsveçli forvard "Mançester Yunayted"də 2016-cı ilin yayından çıxış edir. O, 25 oyuna 16 qol vurub və 3 məhsuldar ötürmə verib. 

Son xəbərlər

Orphus sistemi