İbrahimoviç DÇ-2018-də oynamaq şanslarını yüksək qiymətləndirib

İbrahimoviç DÇ-2018-də oynamaq şanslarını yüksək qiymətləndirib 36 yaşlı forvard 62 qolla İsveç yığmasının ən yaxşı bombardiridir
Futbol
16 Aprel , 2018 06:00
İbrahimoviç DÇ-2018-də oynamaq şanslarını yüksək qiymətləndirib

Bakı. 16 aprel. REPORT.AZ/ ABŞ-ın "Los Angeles Galaxy" klubunun forvardı Zlatan İbrahimoviç yayda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında İsveç milli yığmasına köməklik göstərəcəyinə işarə edib.

“Report” xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"Dünya çempionatı-2018-də oynamaq şanslarım yüksəkdir", - deyə o bildirib.

Zlatan İsveç yığmasında 2001-2016-cı illərdə çıxış edib. 36 yaşlı forvard 62 qolla İsveç yığması tarixində ən yaxşı bombardirdir.

İsveç DÇ-2018-də Almaniya, Meksika və Cənubi Koreya ilə bir qrupa düşüb.

Son xəbərlər

Orphus sistemi