Bakı. 5 aprel. REPORT.AZ/ Hollandiyanın "Ayaks" klubunun ev oyunlarını keçirdiyi "Amsterdam Arena"nın adı dəyişdirilib.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, arenaya əfsanəvi futbolçu Yohan Kroyfun adı verillib. "Yohan Kroyf Arena"nın yeni loqosu mərhum baş məşqçinin doğum günündə - aprelin 25-də təqdim olunacaq.
Qeyd edək ki, Yohan Kroyf 2016-cı ilin martın 24-də vəfat edib.