Yuxarı

Hollandiyalı futbolçu avtomobilində güllələnib

Hollandiyalı futbolçu avtomobilində güllələnib

İngiltərənin "Berton Albion" klubunun sabiq futbolçusu Kelvin Maynard avtomobilində güllələnərək öldürülüb.

"Report"un məlumatına görə, hadisə Hollandiyanın paytaxtı Amsterdamda baş verib.

Surinam əsilli hollandiyalı oyunçu üçün İngiltərə təmsilçisi başsağlığı mətni yayımlayıb. Hollandiya polisi 32 yaşlı müdafiəçinin qətlində şübhəli bilinən 2 nəfərin axtarışını davam etdirir. 

Qeyd edək ki, Maynard son olaraq Hollandiyanın 5-ci liqasında çıxış edən "Quik Boys"un formasını geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi