Hollandiya yığmasının futbolçusu yaddaşını itirib

Hollandiya yığmasının futbolçusu yaddaşını itirib Hücumçu qapıçı ilə toqquşub
Futbol
10 Noyabr , 2016 13:08
Hollandiya yığmasının futbolçusu yaddaşını itirib

Bakı. 10 noyabr. REPORT.AZ/ Hollandiya yığmasının futbolçusu Vinsent Yanssen bədbəxt hadisə ilə üzləşib. 

"Report"un məlumatına görə, Belçika ilə keçirilən yoldaşlıq görüşü zamanı futbolçu ağır xəsarət alıb.

Matçın 26-cı dəqiqəsində rəqib qapıçı Simon Minyole ilə toqquşan hücumçu yerdə hərəkətsiz vəziyyətdə qalıb. Həkimlər futbolçunu meydandan çıxararaq tibbi yardım göstərib.

Hollandiya yığmasının baş məşqçisi Danni Blind "Mirror"a açıqlamasında futbolçunun toqquşma nəticəsində yaddaşını itirdiyini bildirib: "Həkimlər mənə dedi ki, onun sinirləri zədələnib və təxminən 20 dəqiqə yaddaşını itirib. O, hətta meydanda nəyin baş verdiyini də xatırlamayıb. Bu cür məqamlarda ehtiyatlı olmaq lazımdır".

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi