Yuxarı

Hollandiya yığmasının baş məşqçisi Qus Hiddink istefaya göndərilib

Onun müqaviləsinə vaxtından əvvəl xitam verilib

Bakı. 30 iyun. REPORT.AZ/ Futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Qus Hiddink istefaya göndərilib. "Report"un Hollandiya Krallığının Futbol İttifaqına istinadən verdiyi məlumata görə, 2014-cü il dünya çempionatından sonra bu vəzifəyə gətirilmiş 69 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. 

Səbəb kimi yığmanın AVRO-2016-nın seçmə qrup mərhələsindəki nəticələrinin qeyri-qənaətbəxş olması göstərilib. Hazırda "narıncılar" A qrupunda 10 xalla 3-cü pillədə qərarlaşıb. Qrupa 15 xalla İslandiya başçılıq edir. 

Qeyd edək ki, Qus Hiddink 1994-1998-ci illərdə də Hollandiya millisinin baş məşqçisi olub. O, karyerası ərzində bir çox klubla yanaşı, Cənubi Koreya, Rusiya və Türkiyə yığmalarında eyni vəzifədə çalışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi