​Hollandiya yığmasının baş məşqçisi: "Bakıda yaradılan şəraiti çox bəyəndim" - MÜSAHİBƏ

​Hollandiya yığmasının baş məşqçisi: "Bakıda yaradılan şəraiti çox bəyəndim" - MÜSAHİBƏ "Portuqaliya yığması yarımfinala qədər o qədər də güclü olmayan komandalarla qarşılaşdı"
Futbol
18 May , 2016 17:57
​Hollandiya yığmasının baş məşqçisi: Bakıda yaradılan şəraiti çox bəyəndim - MÜSAHİBƏ

Bakı. 18 may. REPORT.AZ/ Hollandiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Kes van Vonderen Bakıdakı Avropa çempionatının yarımfinalında Portuqaliya millisinə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

- Komandanız Portuqaliyaya 0:2 hesabı ilə uduzmaqla Bakıda final oynamaq şansını itirdi. Məğlubiyyətin səbəbini nədə görürsünüz? 

- Bizim üçün çətin oyun idi. Matçın ilk 10 dəqiqəsində yaxşı oynadıq. Amma sonradan Portuqaliya üstünlüyü ələ aldı. Rəqib gücünü göstərdi. Portuqaliya yığması çox güclü rəqibdir.

- Futbolçularınızın oyunundan razı qaldınız? 

- Bəli, razıyam. Komandam əlindən gələni etdi. Amma təəssüf ki, məğlubiyyətdən qaçmaq mümkün olmadı.

- Sona yaxın bir epizodda futbolçularınız təkidlə penalti tələb edirdilər. Həqiqətənmi referi həmin epiozdda Hollandiya yığmasına qarşı haqsızlıq etdi? 

- Bu barədə dəqiq söz deyə bilmərəm. Çünki oturduğum yerdən epizodu görmək çətin idi. Amma bu, elə də əhəmiyyət daşımırdı. Çünki Portuqaliya güclü idi.

- Finala yüksələn Portuqaliya yığması hələ də qapısında qol görməyib. Buna səbəb nədir: Komandanın müdafiə xətti güclüdür, yoxsa rəqiblərin hücum xətti zəifdir? 

- Portuqaliya yığması yarımfinala qədər o qədər də güclü olmayan komandalarla qarşılaşdı. Amma bunu deməklə onların əməyinə kölgə salmaq fikrində deyiləm. Portuqaliyanın müdafiə xətti güclüdür. Oyunçuların fərdi ustalıq səviyyəsi də yüksəkdir.

- Azərbaycanı hansı təəssüratlarla tərk edirsiniz? 

- Təəssüratlarım çox yaxşıdır. Azərbaycan, paytaxt Bakı şəhəri çox gözəldir. Buradakı insanları, məşq meydançalarını, stadionları, komandalar üçün yaradılan şəraiti çox bəyəndim. Bir gün yenidən Bakıya qayıtmaq istərdim.

Son xəbərlər

Orphus sistemi