Hollandiya klubu futbolçusunu Azərbaycan yığmasına buraxmayıb

Hollandiya klubu futbolçusunu Azərbaycan yığmasına buraxmayıb "Valveyk"lə razılığa əməl etməyib
Futbol
13 Yanvar , 2018 13:48
Hollandiya klubu futbolçusunu Azərbaycan yığmasına buraxmayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun milliyə cəlb olunması ilə bağlı öncədən klubu "Valveyk"lə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Hollandiya təmsilçisinin rəhbərliyi onun yığmanın toplanışına qatılmasına icazə verməyib.

Son xəbərlər

Orphus sistemi