Yuxarı

Hollandiya çempionatının oyunu meydana pişiyin girməsi üzündən dayandırılıb - VİDEO

Qara pişik 100 metrdən çox məsafəni 15 saniyəyə qaçıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Futbol üzrə Hollandiya çempionatında XV turun AZ - "Den Haq" matçı zamanı meydana pişik girib. "Report"un məlumatına görə, hadisə 58-ci dəqiqədə baş verib.

Qara pişik meydanın cinahı boyunca sonadək qaçıb. Referi isə "çağırılmamış qonağ"ın gözdən itməsini gözləməkdən ötrü oyunu dayandırıb. Pişiyin sürətinə futbolçular da həsəd aparıblar. O, AFAC stadionunda 100 metrdən çox məsafəni cəmi 15 saniyəyə qaçıb.

Qeyd edək ki, görüş "Den Haq"ın qələbəsi ilə yekunlaşıb - 1:0. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi