Yuxarı

Hollandiya çempionatının ilk tur matçları polislərin tətili üzündən təxirə salınıb

Hüquq-mühafizə orqanı əməkdaşları futbol matçlarında təhlükəsizlik təminatından imtina ediblər

Bakı. 5 avqust. REPORT.AZ/ Futbol üzrə Hollandiya çempionatının start oyunları polislərin tətili üzündən təxirə salınacaq. "Report"un "goal.com"a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları futbol matçlarında təhlükəsizlik təminatından imtina ediblər.

Artıq Herenven meri "De Qrafshap"la görüşün avqustun 7-də baş tutmayacağını açıqlayıb. Eyni səbəbdən, "Evolle" - "Kambür", "Den Haaq" - PSV və "Villem II" - "Vitess" görüşləri təxirə salınıb. Həftəsonuna nəzərdə tutulan bütün qarşılaşmaların ertələnəcəyi güman olunur.

Qeyd edək ki, ilk turda "Roda" - "Herakles", "Feyenoord" - "Utrext", AZ - "Ayaks", "Qroningen" - "Tvente" və NEK - "Ekselsior" matçları da keçirilməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi