Henrik Mxitaryan Polşaya uduzmalarını biabırçı məğlubiyyət adlandırıb

Henrik Mxitaryan Polşaya uduzmalarını biabırçı məğlubiyyət adlandırıb Ermənistan yığmasının kapitanı: "Deyiləcək söz yoxdur, bütün məsuliyyəti öz üzərimə götürürəm"
Futbol
6 Oktyabr , 2017 10:39
Henrik Mxitaryan Polşaya uduzmalarını biabırçı məğlubiyyət adlandırıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Bu, biabırçı məğlubiyyət idi. Komandanın kapitanı kimi bütün məsuliyyəti öz üzərimə götürürəm".

"Report"un məlumatına görə, bunu Ermənistan milli komandasının və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Henrik Mxitaryan Yerevanda Polşaya 1:6 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib. 28 yaşlı yarımmüdafiəçi belə halın Qazaxıstanla növbəti oyunda da təkrarlanmamasına çalışacaqlarını bildirib: "Problemlər hər yerdə var. Amma bu məğlubiyyətə görə deyiləcək söz yoxdur. Bütün azarkeşlərə dəstək olduqları üçün minnətdaram".

Qeyd edək ki, Polşa millisinin qollarından 3-nü Robert Levandovski vurub. Bununla da Levandovski yığmadakı qollarının sayını 50-yə çatdıraraq, Vlodzimej Lyubanskiyə məxsus rekordu (48 qol) yeniləyib. Hazırda Polşa 22 xalla E qrupunun lideridir. Ermənistan isə 6 xalla 5-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi