Hendrik Eksteyn: "Məqsədim "Sabah"ın çempionluğuna kömək etməkdir"

Hendrik Eksteyn: "Məqsədim "Sabah"ın çempionluğuna kömək etməkdir" Hər bir futbolçu legioner həyatı yaşamağı arzulayır. Amma bundan ötrü əvvəlcə özünüzü evinizdə göstərməli, sonra isə xaricdən özünüzə maraq yaratmalısınız. Xoşbəxtəm ki, bu istəyimi yerinə yetirdim.
Futbol
12 İyul , 2019 11:38
Hendrik Eksteyn: Məqsədim Sabahın çempionluğuna kömək etməkdir

"Hər bir futbolçu legioner həyatı yaşamağı arzulayır. Amma bundan ötrü əvvəlcə özünüzü evinizdə göstərməli, sonra isə xaricdən özünüzə maraq yaratmalısınız. Xoşbəxtəm ki, bu istəyimi yerinə yetirdim".

"Report"un məlumatına görə, bunu "Sabah" klubunun Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" komandasından transfer etdiyi futbolçu Hendrik Eksteyn deyib. 28 yaşlı hücumçu Azərbaycana məzuniyyətə yox, səylə çalışmağa gəldiyini bildirib. O, keçidində əsas amillərdən biri kimi avrokuboklarda iştirak hədəfini vurğulayıb: "Çempionatı ilk "3-lük"də bitirsək, avrokuboklarda çıxış edəcəyik. Komandama Avropa Liqasına vəsiqə qazanmaqda kömək edə bilsəm, çox şad olaram".

Eksteyn agenti Paleza Mixizenin ona müqavilə göndərdikdən sonra xaricə üz tutacağını anladığını və bu barədə valideynlərini məlumatlandırdığını söyləyib. O, əvvəllər "Qarabağ"da çıxış etmiş həmyerlisi Dino Ndlovuya da minnətdarlıq edib: "Dino mənə çox kömək etdi. O, cənubi afrikalıların Azərbaycana gedişinin təməlini qoyub. Bakıda isti qarşılandım və evim üçün darıxmıram".

Afrikalı oyunçu ölkəsini beynəlxalq arenada da təmsil etmək istədiyini, bunun üçün çox çalışaraq milliyə dəvət almasının vacibliyini dilə gətirib. O, Azərbaycan çempionluğunu hədəflədiyini də açıqlayıb: "Ötən mövsüm "Sabah" 7-ci yeri tutub. Bu mövsüm ilk "3-lük"də istənilən yerə iddia etsək, bunu öhdəsindən gələ bilərik. Mənim üçün bu, "Bafana forması ilə böyük anlam kəsb edəcək".

Qeyd edək ki, "Sabah" Hendrik Eksteynlə 2 illik müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi