Daha bir futbolçu koronavirus vaksininin Afrikada yoxlanılması təklifinə qarşı çıxdı

Daha bir futbolçu koronavirus vaksininin Afrikada yoxlanılması təklifinə qarşı çıxdı Almaniyanın “Bavariya” klubunun futbolçusu David Alaba həkimlərin koronavirusa qarşı vaksinin Afrika ölkələrində sınaqdan keçirilməsi ilə bağlı təklifinə reaksiya verib.
Futbol
6 Aprel , 2020 14:51
Daha bir futbolçu koronavirus vaksininin Afrikada yoxlanılması təklifinə qarşı çıxdı

Almaniyanın “Bavariya” klubunun futbolçusu David Alaba həkimlərin koronavirusa qarşı vaksinin Afrika ölkələrində sınaqdan keçirilməsi ilə bağlı təklifinə reaksiya verib.

“Report”un məlumatına görə, 28 yaşlı müdafiəçi şəxsi “Twitter” hesabı vasitəsilə tənqidi fikirlər səsləndirib.

"Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər? Heç vaxt belə irqçiliyi təsəvvür edə bilməzdim. Bu, utandırıcı və yolverilməzdir. Koronavirusa qarşı mübarizə aparmaq üçün hamımız bir araya gəlib çiyin-çiyinə çalışmalıyıq" deyə Alaba vurğulayıb.

Qeyd edək ki, koronavirusa qarşı vaksinin Afrikada sınaqdan çıxarılması təklifini Fransanın paytaxtı Parisdəki xəstəxanalardan birinin reanimasiya şöbəsinin müdiri professor Jan-Pol Mira dilə gətirib. Bu, sabiq futbolçular Didye Droqba və Samuel Eto Onun da ciddi narazılığına səbəb olub.

Son xəbərlər

Orphus sistemi