Harri Keynin mərkəzdən vurduğu qol "Tottenhem"ə qələbə qazandırıb - VİDEO

Harri Keynin mərkəzdən vurduğu qol "Tottenhem"ə qələbə qazandırıb - VİDEO Sinqapurun Milli stadionunda Beynəlxalq Çempionlar Kuboku çərçivəsində Yuventus - Tottenhem Hotspur komandaları qarşılaşıb.
Futbol
22 İyul , 2019 02:11
Harri Keynin mərkəzdən vurduğu qol Tottenhemə qələbə qazandırıb - VİDEO

Sinqapurun "Milli stadionu"nda Beynəlxalq Çempionlar Kuboku çərçivəsində "Yuventus" - "Tottenhem Hotspur" komandaları qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma London komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı ingilislər açıb: 30-cu dəqiqədə Erik Lamela fərqlənib. İkinci hissənin əvvəlində "Yuventus"un hücumçusu Qonsalo İquain, 4 dəqiqə sonra isə forvard Kriştianu Ronaldu fərqlənərək italiyalıları hesabda önə çıxarıb. 65-ci dəqiqədə hesab yenidən bərabərləşib: Lukas Moura adını tabloya yazdırıb. London komandasına qələbə qazandıran qolu oyuna əlavə olunmuş dəqiqələrdə Harri Keynin mərkəzdən vurduğu qol gətirib.

İyulun 24-də keçiriləcək növbəti matçda "Yuventus" Milan "İnter"i, "Tottenhem" isə iyulun 25-i "Mançester Yunayted"lə qarşılaşacaq.

Beynəlxalq Çempionlar Kuboku

"Yuventus" - "Tottenhem Hotspur" - 2:3

Qollar: 0:1 – Lamela – 30, 1:1 – İquain – 56, 2:1 – Ronaldu – 60, 2:2 – Lukas Moura – 65, 2:3 – Keyn – 90+3

Son xəbərlər

Orphus sistemi