Harri Keyn bir təqvim ilində vurduğu qolların sayına görə Alan Şirerin rekordunu təkrarlayıb - VİDEO

Harri Keyn bir təqvim ilində vurduğu qolların sayına görə Alan Şirerin rekordunu təkrarlayıb - VİDEO "Tottenhem Hotspur"un hücumçusu "Bernli" ilə səfər oyununda het-trik edib
Futbol
24 Dekabr , 2017 00:35
Harri Keyn bir təqvim ilində vurduğu qolların sayına görə Alan Şirerin rekordunu təkrarlayıb - VİDEO

Bakı. 24 dekabr. REPORT.AZ/ "Tottenhem Xotspur" klubunun hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində "Bernli"yə qarşı keçirilən səfər matçında het-trik edib.

“Report” xəbər verir ki, son qol 24 yaşlı forvard üçün 2017-ci ildə vurulan sayca 36-cı olub.

Keyn bununla da, bir təqvim ilində ingilis hücumçu Alan Şirerin rekordunu təkrarlayıb.

Şirer 1995-ci ildə 36 qol vurub. O, həmin zaman "Bləkbörn Rovers" klubunda çıxış edirdi. Bu il "Tottenhem"in daha biri matçının keçiriləcəyi gözlənilir.

İndi Keynin aktivində 2017-i il ərzində vurulan 53 qol var. O bu göstərmcmyə görə 54 qol vuran Messidən geri qalır.

Son xəbərlər

Orphus sistemi