Yuxarı

Harald Gamperle: "Bakıda "Qarabağ"ı məğlub etmək heç də asan deyil"

Biz meydana çıxıb qol vurmalı, qələbə qazanmalıyıq

Bakı. 26 avqust. REPORT.AZ/ "Bizim üçün çətin olacaq. Çünki ilk oyunu evdə uduzmuşuq. Sabahkı oyunda mütləq qalib gəlməliyik. Bakıda "Qarabağ"ı məğlub etmək heç də asan deyil. Buna baxmayaraq mütləq qələbə qazanmalıyıq". "Report"un məlumatına görə, bunu "Yanq Boyz"un baş məşqçisi Harald Gamperle deyib. 

Avropa Liqasının "play-off" mərhələsinin "Qarabağ"la cavab görüşündən öncə keçirilən mətbuat konfransında çıxış edən baş məşqçi bunları deyib: "Sabah biz bu meydançada oynayacağıq. Ona görə də burada məşq edib öyrəşməliyik. Bu, UEFA-nın verdiyi qərardır və oyun bu stadionda keçiriləcək. Biz meydana çıxıb qol vurmalı, qələbə qazanmalıyıq. Reynaldo haqda məlumatımız var, yaxşı futbolçudur. Ancaq biz futbolçularımızdan razıyıq".

Harald Gamperle bildirib ki, uğursuz çıxışların səbəbi heyətdə zədəli futbolçuların olması ilə əlaqədardır. Baş məşqçi Bakının bir hissəsini gəzdiklərini də deyib: "Yüngül gəzinti oldu, müasir şəhəriniz var və xoşumuza gəldi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi