Yuxarı

Hannes Halldorsson: “Qarabağ”ın cavab qarşılaşmasında BATE-yə qalib gələcəyinə inanırıq”

Hannes Halldorsson: “Qarabağ”ın cavab qarşılaşmasında BATE-yə qalib gələcəyinə inanırıq”
BATE haqda bəzi məlumatlara malikəm

Bakı. 14 avqust. REPORT.AZ/ “İlk oyundan sonra qəti sürətdə növbəti mərhələyə yüksələcəyimizi söyləməmişəm. Sadəcə, buna inandığımı demişəm”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Hannes Halldorsson Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Belarusda BATE ilə cavab görüşü ərəfəsində “Pressbol”a müsahibəsində deyib. 34 yaşlı islandiyalı qolkiper bildirib ki, BATE yaxşı komanda olsa da, ÇL-in "pley-off" mərhələsinə Ağdam təmsilçisi yüksələ bilər: “Hazırda üstünlük Borisov təmsilçisindədir. İlk oyunda əla nəticəyə nail olublar. Ancaq biz “Qarabağ”ın yaxşı oyun müqabilində cavab qarşılaşmasında qalib gəlmək imkanının olduğuna inanırıq”.

İlk dəfə Belarusa səfər edən Halldorsson BATE-nin avrokuboklardakı uğurlarına da diqqət çəkib: “Belarus haqda çox şey bilmirəm, tanışlıq maraqlı olacaq. BATE haqda bəzi məlumatlara malikəm. Rəqibimiz son 10 ildə avrokuboklarda çox yaxşı çıxış edir və bir neçə dəfə İslandiya komandalarını məğlub edib”.

Qeyd edək ki, bu gün Borisovda keçiriləcək BATE - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi