Hamşik: "Azərbaycan üzərində 1:0-lıq qələbə də bizə kifayət edirdi"

Hamşik: "Azərbaycan üzərində 1:0-lıq qələbə də bizə kifayət edirdi" Bizim üçün vacib qələbə idi. Çox yaxşı oynadıq və 5 qol vura bildik. Yaxşı komanda oyunu göstərdik.
Futbol
11 İyun , 2019 23:52
Hamşik: Azərbaycan üzərində 1:0-lıq qələbə də bizə kifayət edirdi

"Bizim üçün vacib qələbə idi. Çox yaxşı oynadıq və 5 qol vura bildik. Yaxşı komanda oyunu göstərdik".

"Report" xəbər verir ki, bu fikirləri Slovakiya millisinin kapitanı Marek Hamşik jurnalistlərə açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 1:5 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

Təcrübəli yarımmüdafiəçi belə bir hesabla qalib gələcəklərini gözləmədiyini söyləyib:

"Əsas odur ki, qələbə qazandıq və buna görə sevinirik. Yaxşı qollar vurduq və buna görə də məmnunuq. 1:0 hesablı qələbə də bizə kifayət edirdi. Əsas odur ki, vacib qələbə qazandıq".

Son xəbərlər

Orphus sistemi