Yuxarı

"Hamburq"un baş məşqçisi istefaya göndərilib

"Hamburq"un baş məşqçisi istefaya göndərilib
Klub Almaniya Bundesliqasını tərk etmək təhlükəsi ilə üzləşib

Bakı. 13 mart. REPORT.AZ/ Almaniyanın "Hamburq" klubunun rəhbərliyi futbol üzrə ölkə çempionatının 26-cı tur matçında "Bavariya"ya 0:6 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Bernd Hollerbaxı istefaya göndərmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İndi "Hamburq"u mövsümün sonunadək komanda (U-21) ilə işləyən 46 yaşlı Kristian Tits çalışdıracaq. Hollerbax komandaya Markus Qizdolun istefasından sonra yanvarın 22-dən rəhbərlik edirdi.

Klub Bundesliqanınn 26 turu ərzində cəmi 18 xal toplayıb və əsas liqanı tərk etmək təhlükəsi ilə üzləşib ki, bu da indiyədək komanda tarixində baş verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi