Hakimlər briqadasını təhqir edən məşqçi cəzalandırılıb

Hakimlər briqadasını təhqir edən məşqçi cəzalandırılıb AFFA İntizam Komitəsi Toğrul Əhmədovu 5 oyunluq diskvalifikasiya edib
Futbol
4 Noyabr , 2014 16:38
Hakimlər briqadasını təhqir edən məşqçi cəzalandırılıb
Bakı. 4 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunun IX turunda qeyri-etik davranışa yol verən "Şuşa" klubunun məşqçisi Toğrul Əhmədov cəzalandırılıb. "Report"un məlumatına görə, Əhmədov cəzanı Bakının "Rəvan" komandası ilə görüşdə hakimlər briqadasını təhqir etdiyi üçün alıb.

AFFA İntizam Komitəsi onu 5 oyunluq diskvalifikasiya edib, klubu 500 manat cərimələyib.

Qeyd edək ki, "Rəvan"ın 3:2 hesabı ilə qalib gəldiyi oyunu Premyer Liqa təcrübəsi olan Orxan Məmmədov idarə edib.

Son xəbərlər

Orphus sistemi