"Bakı" klubunun vəziyyəti Hafiz Məmmədovla müzakirə olunub

"Bakı" klubunun vəziyyəti Hafiz Məmmədovla müzakirə olunub Yaşar Seyidov: "Qış fasiləsindən sonra meydanda daha fərqli "Bakı" olacaq"
Futbol
27 Dekabr , 2014 12:56
Bakı klubunun vəziyyəti Hafiz Məmmədovla müzakirə olunub

Bakı. 27 dekabr. REPORT.AZ/ "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovla komandanın Azərbaycan Premyer Liqasındakı çıxışı müzakirə olunub. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. 

Onun sözlərinə görə, ötən gün keçirilən görüşdə H.Məmmədov komandanın mövsümün ikinci yarısında daha yaxşı çıxışına dair təlimatlar verib. Y.Seyidov bildirib ki, klub prezidenti qış fasiləsindən sonra meydanda daha fərqli "Bakı"nın olacağını deyib: "Söhbət heyətə güclü futbolçuların cəlb olunmasından getmir. Biz azsaylı legionerlərlə heyətimizdə üstünlük təşkil edən yerli və gənc futbolçuların vəhdətini yüksəldəcəyik. Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı keçirməyimiz də gündəmdədir. Bu məsələyə tezliklə aydınlıq gələcək". 

Vitse-prezidentin fikrincə, artıq "Bakı"nın 23 yaşadək futbolçularını mövsümün əvvəllərində olduğu kimi, başqa klubların ələ keçirməsi mümkün olmayacaq. Gəncləri komandada saxlamaq fikrində olduqlarını deyən Y.Seyidov "Digər klublar futbolçularımızı istəsələr, ilk növbədə, bizimlə danışıqlar aparmalıdırlar. Sərfəli təklif olsa, klubun da mənafeyi nəzərə alınmaqla, futbolçularımızın digər komandalara keçidində heç bir problem olmayacaq" söyləyib.

Qeyd edək ki, "Bakı" mövsümün ilk yarısını 9 komanda arasında sonuncu pillədə başa vurub. 

Son xəbərlər

Orphus sistemi