Yuxarı

​Hafiz Məmmədov: "Bakı" əvvəlkindən də güclü olacaq"

Klub prezidenti komanda ilə görüşüb

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Bakı"nın prezidenti Hafiz Məmmədov futbol klubunun bazasını ziyarət edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Məmmədov I divizionun ilk turu çərçivəsində "Şərurspor"a qarşı baş tutan oyundan sonra bazaya baş çəkib.

Komandanı 2:1 hesablı qələbə münasibəti ilə təbrik edən klub prezidenti bundan sonra hər şeyin yaxşı olacağını vurğulayıb. O, "Bakı"da yaranmış problemlərdən danışaraq komandanın əvvəlki kimi iddialı olacağını deyib: "İlk növbədə, sizi əzmkar qələbə münasibəti ilə təbrik edirəm. Sona qədər mübarizə aparıb, layiqli qələbə qazanmağınız məni çox sevindirdi. Son aylar "Bakı"da müəyyən problemlər oldu. Amma bundan sonra hər şey yaxşı olacaq. Maaşlarınızı vaxtı-vaxtında alacaqsınız. Tezliklə "Bakı" əvvəlki kimi iddialı olacaq".

H.Məmmədov kluba sadiq qalan futbolçuların, məşqçilərin, komandanın əməkdaşlarının sədaqətini qiymətləndirdiyini və daim onlarla birgə olacağını söyləyib: "Qısa zaman ərzində bütün çatışmazlıqlar aradan qalxacaq və "Bakı" əvvəlkindən də güclü olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi