George ​Hacının çempionluq butsları satışa çıxarılıb

George ​Hacının çempionluq butsları satışa çıxarılıb Orijinal ayaqqabılara 14 min manat qiymət qoyulub
Futbol
12 May , 2015 20:01
George ​Hacının çempionluq butsları satışa çıxarılıb

Bakı. 12 may. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun əfsanəvi futbolçularından olmuş George Hacının 2000-ci ildə geyindiyi butslar satışa çıxarılıb. "Report"un məlumatına görə, rumıniyalı futbolçunun imzası olan ayaqqabıya 35 min TL (təxminən 14 000 manat) qiymət qoyulub.

Satışla bağlı elanda butsların 2000-2001 mövsümündə keçirilmiş auksiondan alındığı bildirilir. Butsların hazırkı sahibi orijinal ayaqqabının satışından əldə olunacaq vəsaitlə övladının məktəb xərclərini ödəyəcəyini bildirib.

Qeyd edək ki, "Qalatasaray"ın UEFA Kubokunu qazandığı 1999/2000 mövsümündə George Hacı həmin butslarla çıxış edib.

Son xəbərlər

Orphus sistemi