​"Dinamo" - "Qəbələ" matçından öncə gürcüstanlı azarkeşlər arasında dava düşüb

​"Dinamo" - "Qəbələ" matçından öncə gürcüstanlı azarkeşlər arasında dava düşüb İnsidentə stadion daxilindəki restoran əməkdaşının arena qarşısındakı "Dinamo" azarkeşlərini qıcıqlandırması səbəb olub
Futbol
2 İyul , 2015 20:06
​Dinamo - Qəbələ matçından öncə gürcüstanlı azarkeşlər arasında dava düşüb

Bakı. 2 iyul. REPORT.AZ/ "Qəbələ"nin Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" ilə Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə yerli fanatlar arasında dava düşüb.

"Report"un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, insidentə stadion daxilindəki restoran əməkdaşının arena qarşısındakı "Dinamo" azarkeşlərini qıcıqlandırması səbəb olub.

Gürcü dilində söyüşən tərəflərin ifadələrindən belə anlaşılıb ki, həmin şəxs yerli fanatları restoran önündən uzaqlaşdırarkən, "Dinamo"nun da ünvanına xoşagəlməz fikirlər səsləndirib. Bu isə əsasən yeniyetmələrdən ibarət tərəfdarların xoşuna gəlməyib.

Tərəfləri çətinliklə aralamaq mümkün olub. Amma "Dinamo" azarkeşləri yenə söyüşlərini hasar çölündən yağdırmaqda davam ediblər.

Qeyd edək ki, "Dinamo" - "Qəbələ" matçı yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlanacaq.  

Son xəbərlər

Orphus sistemi