​Gürcüstanın futbol millisi İspaniyaya qalib gəlib - VİDEO

​Gürcüstanın futbol millisi İspaniyaya qalib gəlib - VİDEO Yeganə qolun müəlifi 40-cı dəqiqədə fərqlənən yarımmüdafiəçi Tornike Okriaşvaili olub
Futbol
8 İyun , 2016 01:16
​Gürcüstanın futbol millisi İspaniyaya qalib gəlib - VİDEO

Bakı. 8 iyun. REPORT.AZ/ Futbol üzrə son iki Avropa çempionatının qalibi İspaniya yığması yoldaşlıq görüşündə Gürcüstan millisinə uduzub. "Report"un məlumatına görə, Xetafe şəhərindəki "Kolizeum Alfonso Peres" stadionunda keçirilmiş matç qonşu ölkə millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolun müəlifi 40-cı dəqiqədə fərqlənən yarımmüdafiəçi Tornike Okriaşvaili olub. "Qəbələ"nin yeni transferi Nika Kvekveskiri sonadək ehtiyatda qalıb. Bu, slovakiyalı baş məşqçi Vladimir Vayssın rəhbərliyi altında Gürcüstan millisinin ilk sınağı olub.

Qeyd edək ki, bu qələbə ilə Gürcüstan yığması AVRO-2016-da Türkiyə, Çexiya və Xorvatiya ilə bir qrupda mübarizə aparacaq İspaniya millisinin 11 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyub.

Son xəbərlər

Orphus sistemi