Gürcüstanda yeniyetmə milli azlıqlar arasında futbol turniri keçiriləcək

Gürcüstanda yeniyetmə milli azlıqlar arasında futbol turniri keçiriləcək Aprelin 19-dan 21-nə qədər Gürcüstanda yaşayan milli azlıqlardan olan 12-14 yaş arasında yeniyetmələr üçün futbol festivalı keçiriləcək.
Futbol
16 Aprel , 2019 14:28
Gürcüstanda yeniyetmə milli azlıqlar arasında futbol turniri keçiriləcək
0 : 00
0 : 00

Aprelin 19-dan 21-nə qədər Gürcüstanda yaşayan milli azlıqlardan olan 12-14 yaş arasında yeniyetmələr üçün futbol festivalı keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, turniri Gürcüstanın BMT-dəki Gənclər Nümayəndəliyi və “Futbol sülh naminə” qeyri-hökumət təşkilatı təşkil edəcək.

Üçgünlük festivalda azərbaycanlı, türk, erməni, ukraynalı yeniyetmələrlə yanaşı, məcburi köçkün ailələrinin uşaqlarından ibarət futbol komandaları da yarışacaqlar.

Yarışlar Qori rayonunun işğal xəttinə yaxın Medjvrisxevi kəndində mərkəzi futbol stadionunda keçiriləcək.

Festivalın məqsədi milli azlıqların vətəndaş inteqrasiyasına dəstək, idman, təhsil və mədəni aspektlərin təbliği, sağlam həyat tərzinin populyarlaşdırılması, kütləvi futbola dəstək, müxtəlif millətlərdən olan gənclər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və tolerant mühitin formalaşdırılmasıdır.

Futbol komandaları yoldaşlıq matçları keçirəndən sonra final görüş baş tutacaq. Finalda qalib gələcək komanda təşkilatçılar tərəfindən kubok və hədiyyələrlə təltif olunacaqlar.

Festival çərçivəsində mədəni tədbirlər də keçiriləcək.

Layihəyə Gürcüstanın Futbol Federasiyası, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Aparatı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları və təşkilatları dəstək verir. 

Son xəbərlər

Orphus sistemi