Yuxarı

​Gürcüstan patriarxı "İnter"in baş məşqçisi ilə görüşüb

Görüş Tbilisi şəhərində yerləşən iqamətgahda baş tutub

Bakı. 21 yanvar. REPORT.AZ/ Gürcüstan patriarxı II İlia "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze ilə görüşüb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş Tbilisi şəhərində yerləşən iqamətgahda baş tutub.

Patriarx Kaxaber Tsxadadzeni Gürcüstan milli komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edib, ona xeyir-duasını verib.

Qeyd edək ki, "İnter”in baş məşqçisi Kaxaber Tsxadadze qarşılıqlı razılıq əsasında cari ilin iyun ayınadək Bakı klubunu çalışdırmaqla yanaşı, Gürcüstan milli komandasını da meydana çıxaracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi