Georgi Papava: "Qəbələ"ni səfərdə udmağımız qeyri-məntiqli deyildi"

Georgi Papava: "Qəbələ"ni səfərdə udmağımız qeyri-məntiqli deyildi" Əlbəttə, hər bir komanda özünü güclü hesab edir. Rəqibə hörmət edirik, həqiqətən də güclü komandadır. Amma düşünmürəm ki, ilk matçdakı nəticə qeyri-məntiqli idi.
Futbol
31 İyul , 2019 22:17
Georgi Papava: Qəbələni səfərdə udmağımız qeyri-məntiqli deyildi

"Əlbəttə, hər bir komanda özünü güclü hesab edir. Rəqibə hörmət edirik, həqiqətən də güclü komandadır. Amma düşünmürəm ki, ilk matçdakı nəticə qeyri-məntiqli idi".

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Gürcüstan "Dinamo"sunun futbolçusu Georgi Papava "Qəbələ" ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi 2:0 hesabı ilə qalib gəldikləri ilk matçda "qırmızı-qaralar"a nəzərən daha yaxşı oyun göstərdiklərini iddia edib. O, ev oyununda bu nəticəni daha da yaxşılaşdırmağa çalışacaqlarını diqqətə çatdırıb.

Lakin Papava Qəbələdəki qələbənin hələ mərhələ adlamaq anlamına gəlmədiyini vurğulayıb: "Əlbəttə, ilk görüşdəki nəticə ümumi qələbə deyil. Oyundan sonra bunu bir-birmizə dedik ki, tam qələbə qazanmaq üçün qarşıdakı matçı da uğurla başa vurmalıyıq".

Qeyd edək ki, avqustun 1-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi