Georgi Nikolov: "Testimitsianunun "İnter"in çempionluq və kuboku satdığına dair açıqlamaları cəfəngiyatdır"

Georgi Nikolov: "Testimitsianunun "İnter"in çempionluq və kuboku satdığına dair açıqlamaları cəfəngiyatdır" "Belə bir durumda nəyəsə ümid etmək çətin məsələ idi"
Futbol
10 Fevral , 2017 16:41
Georgi Nikolov: Testimitsianunun İnterin çempionluq və kuboku satdığına dair açıqlamaları cəfəngiyatdır

Bakı. 10 fevral. REPORT.AZ/ "2009-cu ili xatırlayıram, həmin vaxt hadisələr tam fəqrli şəkildə cərəyan etmişdi". Bu sözləri "Report"a açıqlamasında Bakının "İnter" futbol klubunun sabiq prezidenti Georgi Nikolov komandanın moldovalı keçmiş futbolçusu İon Testimitsianunun “Moldavskiy futbol”a müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Testimitsianunun 2008/2009 mövsümündə borc səbəbindən "İnter"in çempionluq və Azərbaycan Kubokunu satdığına dair açıqlamasını şərh edən bolqarıstanlı futbol funksionerinin fikrincə, həmin mövsüm əslində "bankirlər"ə qarşı haqsızlıq olub: "O mövsümün sonuncu turunu xatırlayırsınız? Biz "Bakılı" ilə oynayırıdıq, lider "Bakı" isə "Muğan"la. O zaman "Bakı"nın 4-5 futbolçusu icarə əsasında "Muğan"da çıxış edirdi. Belə bir durumda nəyəsə ümid etmək çətin məsələ idi. Rəqibimiz 4:0 hesabı ilə qalib gələrək, çempion oldu. Əslində, hər şey daha erkən başlamışdı. Çempionatın sonlarına yaxın "Qarabağ" ev oyunlarını Quzanlıda keçirməyə qərar verdi. Ondan sonra vəziyyət dəyişdi. Mənim kubokun finalından sonra Samir Abasovu sabiq komandası "Qarabağ"a oyun satdığını söyləməyimə gəlincə, bu, emosional şəkildə deyilmiş fikirlər idi. Etiraf edim ki, Samirin belə bir iş tutacağına inanmıram".

Nikolov bildirib ki, 2009-cu ildə "İnter" klubunun heç kimə borcu olmayıb: " Hansısa borca görə oyun satmaqdan söhbət gedə bilməz. Testimitsianun illər sonra hansı səbəbdən belə açıqlama verdiyini anlamıram".

Qeyd edək ki, 2008/2009-cu il mövsümündə "Bakı" 62 xalla çempion olub. Bir xal az toplayan "İnter" gümüş, hesabında 53 xal olan "Simurq" isə bürünc medal qazanıb. Azərbaycan Kubokunun finalında isə "İnter" "Qarabağ"a 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi