Yuxarı

"Gənclərbirliyi" Reynaldonun əvəzinə albaniyalı hücumçu transfer edib

Futbolçu ilə 1.5 illik müqavilə imzalanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyənin "Gənclərbirliyi" futbol klubu heyətini albaniyalı hücumçu ilə gücləndirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ankara təmsilçisi Aqon Cevat Mehmeti ilə 1,5 illik müqavilə imzalayıb.

27 yaşlı oyunçunun sonuncu klubu Norveçin əsas liqasında çıxış edən "Stabaek" olub. Mehmeti karyerası ərzində İtaliyanın "Palermo" və İsveçin "Malmö" komandalarında da çıxış edib. Bununla da "Qarabağ"ın hücumçusu Reynaldonun icarəyə götürüləcəyinə dair iddialara son qoyulub. 

Qeyd edək ki, daha öncə "Gənclərbirliyi"nin peşəkar işlər üzrə meneceri Sinan Temel "Report"a açıqlamasında braziliyalı forvardla maraqlanmadıqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi