Gənclər və İdman Nazirliyi "Qəbələ" İdman Klubunu mükafatlandırıb

Gənclər və İdman Nazirliyi "Qəbələ" İdman Klubunu mükafatlandırıb Klub "2016-cı ilin ən yaxşı idman klubu" adına layiq görülüb
Futbol
28 Dekabr , 2016 12:21
Gənclər və İdman Nazirliyi Qəbələ İdman Klubunu mükafatlandırıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi Qəbələ İdman Klubunu mükafatlandırıb. "Report"un məlumatına görə, klub "2016-cı ilin ən yaxşı idman klubu" adına layiq görülüb.

Buna idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, ölkədə klub futbolunun inkişafında oynadığı önəmli rol və digər idman uğurları səbəb olub.

Son xəbərlər

Orphus sistemi