Gənclər və İdman Nazirliyi Mxitaryana təhlükəsizlik təminatı verilməməsinə dair iddiaları təkzib edib

Gənclər və İdman Nazirliyi Mxitaryana təhlükəsizlik təminatı verilməməsinə dair iddiaları təkzib edib Gənclər və İdman Nazirliyi İngiltərənin Arsenal klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.
Futbol
12 May , 2019 14:04
Gənclər və İdman Nazirliyi Mxitaryana təhlükəsizlik təminatı verilməməsinə dair iddiaları təkzib edib

Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova "Report"a açıqlamasında bildirib ki, deyilənlər heç bir reallığa sığmır.

Nazirlik rəsmisi fikirlərini belə əsaslandırıb:

"Əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada "Arsenal"ın rəqibi "Çelsi" olacaq.

Son xəbərlər

Orphus sistemi