Gəncənin "Kəpəz" klubunda Müşahidə Şurası yaradılıb

Gəncənin "Kəpəz" klubunda Müşahidə Şurası yaradılıb Mehman Allahverdiyev icraçı direktor olub
Futbol
27 May , 2015 17:56
Gəncənin Kəpəz klubunda Müşahidə Şurası yaradılıb

Bakı. 27 may. REPORT.AZ/ Bu gün Gəncənin "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının ilk iclası keçirilib. "Report"un məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Üzvlər aşağıdakılardır:

1. Müzəffər Qasımov - Futbol veteranı
2. Xanlar Fətiyev - Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı
3. Elmir Vəliyev - "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri
4. Mikayıl Quluyev - AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, əməkdar jurnalist
5. Sərxan Babayev - "DET-AL Alüminium" MMC-nin baş direktoru
6. Namiq Məmmədov - "Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri
7. Müşfiq Cəfərov - Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi

"Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib. AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev komandaya baş məşqçi vəzifəsinə təsdiqlənib. "Kəpəz" Peşəkar Futbol Klubunun prezidenti Mehman Allahverdiyev klubun icraçı direktoru vəzifəsinə təsdiqlənib. 

Sonda qərara alınıb ki, Müşahidə Şurası yeni strukturun layihəsini hazırlasın. 

Qeyd edək ki, daha öncə "Neftçi" klubunun Müşahidə Şurası yaradılıb. 

Son xəbərlər

Orphus sistemi