Gəncənin iki komandası "Neymar Jr’s Five" turnirinin final mərhələsinə vəsiqə qazanıb

Gəncənin iki komandası "Neymar Jr’s Five" turnirinin final mərhələsinə vəsiqə qazanıb "Gəncə Dövlət Universiteti" finalda üstün olub
Futbol
15 Aprel , 2017 17:25
Gəncənin iki komandası Neymar Jr’s Five turnirinin final mərhələsinə vəsiqə qazanıb
Report.az

Gəncə. 15 aprel. REPORT.AZ/ "Neymar Jr’s Five" turnirinin Gəncə seçim mərhələsi keçirilib. 

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncənin mərkəzi meydanında təşkil olunmuş tədbirdə şəhərin ali və idman məktəblərindən, həmçinin gənclərin öz müraciətləri əsasında yaranmış ümümilikdə 32 futbol komandası iştirak edib. Bütün komandaların gərgin mübarizəsindən sonra finala Gəncə Dövlət Universitetinin eyniadlı komandası və "Levurpul Gəncə" kollektivi yüksəlib. İki komanda arasındakı görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib "qızıl qol" prinsipi ilə müəyyənləşib. Bu zaman "Gəncə Dövlət Universiteti" üstün olub. Hər iki finalçı mayın 6-da Bakıda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, beş oyunçudan ibarət komandaların yarışdığı "Neymar Jr’s Five" turniri Neymarin imzası ilə ikinci ildir keçirilir. 2016-cı ildə 47 ölkənin 65000 oyunçusundan ibarət 10000-dən artıq komanda dünya çempionu adı uğrunda mübarizə aparıb. Azərbaycandan "DeFacto" komandası milli turnirin qalibi olub və ölkəni dünya çempionatının final mərhələsində təmsil etmək üçün Braziliyaya yollanıb. Komanda qalib olmasa da, gənc futbolçular dünyanın ən yaxşı futbolçuları ilə oynamaq və şəxsən Neymarla görüşmək şansı qazanıblar. 

Qeyd edək ki, turnir 16 - 25 yaşlı 6 oyunçudan ibarət komandalar arasında keçirilir. Bu il ilk dəfə hər komandaya 25 yaşdan yuxarı 2 oyunçunun da daxil edilməsinə icazə verilib. Azərbaycanda təsnifat mərhələsi Şəki, Quba və Bakı şəhərlərində də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi