​Gəncə şəhər stadionunda yeni projektorlar quraşdırılacaq

​Gəncə şəhər stadionunda yeni projektorlar quraşdırılacaq Meydançanın ot örtüyü dəyişdirilməyəcək
Futbol
23 Aprel , 2016 13:35
​Gəncə şəhər stadionunda yeni projektorlar quraşdırılacaq

Bakı. 23 aprel. REPORT.AZ/ Gəncə şəhər stadionunda yeni tribunalar quraşdırılsa da, ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmur. Bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov məlumat verib.

Onun sözlərinə görə, azarkeşlərin rahatlığını təmin etmək üçün tribunalarda hazırda təxminən 2 500 oturacaq quraşdırılır: "Oturacaqlarla bağlı iş gedir. Təmir planında projektorların dəyişdirilməsi də var. Ancaq ilk olaraq oturacaqlar yenilənir. Çempionatda ən çox azarkeş "Kəpəz"in oyunlarına gəlir. Bu səbəbdən onların rahatçılığı üçün bu işləri görmək lazımdır".

M.Cəfərov stadionda aparılan təmir işlərinin sırf Azərbaycan Kubokunun final görüşü üçün olmadığını bildirib: "Stadionda təmir işləri sırf nə kubok, nə də "Kəpəz"in avrokuboklarda oyun keçirməsi üçün aparılmır. Biz azarkeşlərin rahatlığını təmin etmək, daha çox futbolsevəri stadiona cəlb etmək istəyirik ki, komandaya dəstək versinlər. Ot örtüyünün dəyişdirilməsinə gəlincə, bu, asan məsələ deyil. Bu səbəbdən normal vəziyyətdə saxlamaq üçün daimi işlər görülür. Ot örtüyünə mütəmadi gübrələr verilir və qulluq edilir".

Son xəbərlər

Orphus sistemi