Yuxarı

Gəncə şəhər stadionunda mövsümün sonunadək təmir aparılmayacaq

Müşfiq Cəfərov: Mən də istərdim ki, final oyunu bizim stadionda olsun

Bakı. 4 mart. REPORT.AZ/ Yaxın aylarda Gəncə şəhər stadionunda əsaslı təmir işləri aparılmayacaq. Bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov məlumat verib. 

Onun sözlərinə görə, təmir üçün dövlət tərəfindən vəsait ayrılmalıdır. Amma mayadək bu, baş verməyəcək: "Ötən il də təmirlə bağlı müraciət olunmuşdu. Bu il isə təmirə daha çox ehtiyac var. Çünki həm Gəncənin "Kəpəz" komandası Premyer Liqada çıxış edir, həm də Avropa kuboklarına vəsiqə qazanmağa yaxındır. Amma hələlik lazımi məbləğdə vəsaitin ayrılması gözlənilmir". 

M.Cəfərov bildirib ki, Azərbaycan Kubokunun final matçının Gəncə şəhər stadionunda təşkilinə dair qərar da hələ verilməyib: "Mən də istərdim ki, final oyunu bizim stadionda olsun. Amma bunun üçün müəyyən işlər görülməlidir. Ot örtüyündən öncə drenaj sistemi dəyişdirilməlidir. Stadionun hazırkı durumu avrokubok oyunu keçirməyə də imkan vermir. Ola bilsin, cari mövsüm başa çatdıqdan sonra təmir işlərinə başlanıldı". 

Qeyd edək ki, AFFA Klublar Komitəsinin son iclasında Azərbaycan Kubokunun final matçının Gəncə şəhər stadionunda təşkili tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi