Yuxarı

Gəncə şəhər stadionuna gələn azarkeş sayı aıçqlanıb

Ən çox azarkeş Qarabağla oyunda gəlib

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının cari mövsümündə tamaşaçı sayında rekordlar vuran "Kəpəz"in ilk üç dövrədə ev oyunlarını stadiondan 199 650 nəfər izləyib. "Report"un xəbərinə görə, ilk dövrədə azarkeş sayı 81 700, ikinci dövrədə 38 300, üçüncü dövrədə isə 79 650 nəfər olub.

Komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda ən çox tamaşaçı fevralın 14-ü XXI turda keçirilən "Kəpəz" - "Qarabağ" görüşündə qeydə alınıb - 20 400 nəfər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi