​Gəncə şəhər stadionunda oturacaqların yenilənməsinə başlanılıb

​Gəncə şəhər stadionunda oturacaqların yenilənməsinə başlanılıb İşlər mərhələli şəkildə davam edəcək
Futbol
9 Sentyabr , 2015 19:00
​Gəncə şəhər stadionunda oturacaqların yenilənməsinə başlanılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Kəpəz" klubunun ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda plastik oturacaqların qoyulmasına başlanılıb. "Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, arenaya mərhələli surətdə oturacaqların quraşdırılması nəzərdə tutulub.

Artıq senyabrın 12-də AZAL-la keçiriləcək oyuna qədər tribunaların bir hissəsi quraşdırılacaq.

Qeyd edək ki, sovet dövründə tribunalara qoyulmuş taxta oturacaqlar sıradan çıxdığından, 1998-ci ildə onların bir hissəsi plastik oturacaqlarla əvəzlənib. İstismar müddətini 17 ildən sonra başa vuraraq yararsız hala düşən oturacaqlar bu yaxınlarda sektorlardan sökülüb.

Son xəbərlər

Orphus sistemi