​G20 sammiti "Xəzər Lənkəran" klubunun planlarını pozub

​G20 sammiti "Xəzər Lənkəran" klubunun planlarını pozub "Xəzər Lənkəran" qış toplanışını Antalyada keçirəcək
Futbol
18 Noyabr , 2015 16:37
​G20 sammiti Xəzər Lənkəran klubunun planlarını pozub

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində keçirilmiş G20 ("Böyük İyirmilik") Sammiti "Xəzər Lənkəran" futbol klubunun planlarını pozub. Bu barədə "Report"a klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, adətən, komandanın qış təlim-məşq toplanışı ilə bağlı planları noyabrda müəyyənləşib. Lakin bu dəfə Antalyada "Böyük İyirmiliy"in bir araya gəlməsi komandanın toplanış keçirəcəyi otelin dəqiqləşməsinə imkan verməyib. Bu səbəbdən "Xəzər Lənkəran"ın Antalyaya nə vaxt gedəcəyi və hansı oteldə məskunlaşacağı noyabrın sonunda müəyyənləşəcək.

Qeyd edək ki, G20 Sammiti 15-16 noyabrda keçirilib. 

Son xəbərlər

Orphus sistemi