Yuxarı

Futzal üzrə milli komandanın heyətində dəyişiklik edilib

Bir nəfər heyətdən çıxarılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. "Report"un məlumatına görə, 1 futbolçu heyətdən çıxarılıb.

Səhhətində problem yarandığı üçün Xətai Bağırov hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzinə Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə toplanışa dəvət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi