Yuxarı
    Bağlamaq

    Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşəcək

    Finalda Rusiya və Argentina komandaları qarşılaşacaq

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının final oyunu keçiriləcək. "Report"un məlumatına görə, həlledici görüşdə Rusiya və Argentina yığmaları üz-üzə gələcək.

    Final matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Saat 21:00-da isə dünya üçüncüsünü müəyyən edəcək oyunun start fiti səslənəcək. Bu görüşdə isə İran və Portuqaliya yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

    Qeyd edək ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi