Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib

Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib ½ finalda İran Rusiya ilə qarşılaşacaq
Futbol
25 Sentyabr , 2016 11:37
Futzal üzrə dünya çempionatının ilk yarımfinalçıları müəyyənləşib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə yüksələn ilk 2 komandanın adı müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar İran və Rusiya yığmalarıdır.

Turnirin 1/4 finalında İran Paraqvayı əlavə vaxtda vurduğu qol ilə məğlub edib - 4:3. Rusiya isə İspaniyadan üstün olub - 6:2. Beləliklə, sentyabrın 28-də gecə saat 04:00-da başlanacaq ilk yarımfinal görüşündə İran Rusiya ilə üz-üzə gələcək.

Daha iki yarımfinalçı bu gecə müəyyənləşəcək. Saat 00:30-da Argentina Misirlə, saat 03:00-da Azərbaycan Portuqaliya ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi