Futzal üzrə Azərbaycan Yüksək Liqasının oyunu Qubada keçiriləcək

Futzal üzrə Azərbaycan Yüksək Liqasının oyunu Qubada keçiriləcək Futbol üzrə Azərbaycan Yüksək Liqasında XIV turun “Premier” (Quba) – “Araz” oyununun məkanı müəyyənləşib.
Futbol
20 Dekabr , 2019 11:19
Futzal üzrə Azərbaycan Yüksək Liqasının oyunu Qubada keçiriləcək

Futbol üzrə Azərbaycan Yüksək Liqasında XIV turun “Premier” (Quba) – “Araz” oyununun məkanı müəyyənləşib. 

Azərbaycan Futzal Federasiyasından (AFF) "Report"a verilən məlumata görə, qarşılaşma Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin İdman kompeksində keçiriləcək. Görüş dekabrın 25-də saat 14:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. 

Qeyd edək ki, Yüksək Liqanın debütantı olan əyalət təmsilçisi oyunun Qubada keçirilməsi ilə bağlı AFF-yə müraciət ünvanlayıb. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.

Son xəbərlər

Orphus sistemi