Futzal üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq Yığma tarixində ilk dəfə final mərhələsinə vəsiqəyə çox yaxındır
Futbol
12 Aprel , 2016 07:13
Futzal üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının "pley-off" mərhələsində cavab görüşünə çıxacaq. "Report"un məlumatına görə, rəqib Hollandiya yığmasıdır.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Hollandiyada 5:1 hesablı qələbə qazanan Azərbaycan millisinin Kolumbiyada keçiriləcək final mərhələsinə yollanmaq şansı daha çoxdur. Buna nail olsa, Tino Peresin baş məşqçi olduğu komanda tarixi uğura imza atacaq. İndiyədək Azərbaycanın heç bir yığması seçmə və "pley-off" mərhələlərini keçməklə, final mərhələsinə yüksələ bilməyib.

Qarşılaşmanın birinci hakimi avstriyalı Cerald Baurnfeind olacaq. İkinci hakim qismində Ukraynadan olan Oleq İvanov meydana çıxacaq. Üçüncü hakim funksiyasını israilli Moşe Bohbot yerinə yetirəcək.

Dünya çempionatı, pley-off, cavab görüşü

20:00. Azərbaycan - Hollandiya

Hakimlər: Cerald Baurnfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moşe Bohbot (İsrail)

Bakı. Əl Oyunları Sarayı

İlk oyun - 5:1

Qeyd edək ki, iki oyunun nəticəsində qalib komanda 10 sentyabr - 2 oktyabrda Kolumbiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi