Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının püşkü zamanı 3-cü səbətdə olacaq

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının püşkü zamanı 3-cü səbətdə olacaq Rusiya və Ukrayna yığmaları yenə eyni qrupa düşə bilməyəcəklər
Futbol
30 Sentyabr , 2015 09:45
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının püşkü zamanı 3-cü səbətdə olacaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ Futzal üzrə 2016-сı il Avropa çempionatının püşkatma mərasiminə qatılacaq ölkələrin səbətlərə bölgüsü aparılıb. "Report"un məlumatına görə, bölgü UEFA-nın əmsallar cədvəli əsasında aparılıb.

Azərbaycan millisi ən aşağı reytinqlilərin yer aldığı 3-cü səbətə düşüb. Bu səbətdə Sloveniya, Macarıstan və Qazaxıstan da yer alıb. Rusiya və Ukrayna yığmaları da ayrı-ayrı səbətlərə bölünsələr də, eyni qrupa düşə bilməyəcəklər. Rusiya 1-ci səbətdə Serbiya, İspaniya və İtaliya, Ukrayna isə 2-ci səbətdə Portuqaliya, Ukrayna, Xorvatiya və Çexiya ilə birgə yer alıb.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Oyunlar gələn il fevralın 2-dən 13-dək davam edəcək. Komandalar 4 qrupa bölünəcəklər. Qruplarda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər. 

Son xəbərlər

Orphus sistemi