Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında Çexiyanı məğlub edib - VİDEO - YENİLƏNİB

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında Çexiyanı məğlub edib - VİDEO - YENİLƏNİB Faustino Peresin yetirmələri böyük ehtimalla 1/4 finala vəsiqəni təmin edib
Futbol
6 Fevral , 2016 09:37
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında Çexiyanı məğlub edib - VİDEO - YENİLƏNİB

*** İlk xəbər 03:02-də dərc olunub, video əlavə olunub

Bakı. 6 fevral. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, "D" qrupunda yer alan millinin ikinci turdakı rəqibi Çexiya olub.

Gərgin və dramatik mübarizə şəraitində keçən görüş son dəqiqədə vurulmuş dəqiq zərbə sayəsində Azərbaycan futzalçılarının qələbəsi ilə yekunlaşıb - 6:5. Bununla da Faustino Peresin komandası böyük ehtimalla 1/4 finala vəsiqəni təmin edib.

İlk turda Azərbaycan yığması İtaliyaya 0:3 hesabı ilə uduzub. Çexiya isə birinci oyununu hələ bu gecə keçirib. Növbəti mərhələyə 3 komandadan ibarət qrupu ilk 2 pillədə tamamlayanlar vəsiqə qazanacaq. Qrupun taleyinə fevralın 7-də İtaliya və Çexiya arasında keçiriləcək son oyundan sonra aydınlıq gələcək. Bu görüşdə də Çexiya qalib gələ bilməsə, İtaliya və Azərbaycan yığmaları 1/4 finala yüksələcək.

Avropa çempionatı, "D" qrupu, II tur

Azərbaycan - Çexiya - 6:5

Qollar: Rizvan Fərzəliyev, 6. Vitali Borisov, 7. Fineo de Araujo, 12. Eduardo, 20. Auqusto, 27. Rafael, 40 - Radim Zaruba, 10. Mixal Holi, 12. Lukaş Reşetar, 16. Yiri Novotnı, 24. Mixal Kovaç, 31

Hakimlər: Admir Zahoviç (Sloveniya), Cerald Baumfroynd (Avstriya), Tomaş Frak (Polşa), Saşa Tomiç (Xorvatiya)

Belqrad, "Belqrad Arena"

Son xəbərlər

Orphus sistemi